
Türkiyənin Malatya bölgəsində zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 21:34-də Battalgazi rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 11,27 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Yeraltı təkanlar sakinlər arasında təşvişə səbəb olub.