Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazirliyə hücum zamanı 100 nəfər ÖLÜB


Nazirliyə hücum zamanı 100 nəfər ÖLÜB

Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması üzvlərinin ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

 

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Qeyd edilib ki, hadisə zamanı daha 300 nəfər yaralanıb.

 

Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də