
Türkiyənin Bartın vilayətində yerləşən kömür mədənində baş vermiş partlayışa görə cinayət işi açılıb.
Bu barədə Bartın Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, açılan cinayət işi çərçivəsində 25 şübhəli saxlanılıb.
Oktyabrın 14-də baş vermiş partlayış nəticəsində 41 nəfər ölüb, çox sayda insan yaralanıb.