Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

QHT-nin 9 illiyi münasibətilə konsert tədbiri keçirildi - FOTOLAR

 “İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyinin fəaliyyətə başlamasının 9 ili, eləcə də təşkilatın dövlət qeydiyyatına alınmasının 5 ili münasibətilə “Dostluq körpüsü” adlı möhtəşəm konsert proqramı təşkil olunub.
Tədbirin əsas məqsədi istedadlı şəxslərin üzə çıxarılması, onların cəmiyyətə tanıdılması və müxtəlif mədəniyyətlər arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək olub. Konsert proqramında müxtəlif yaş qruplarından olan iştirakçılar öz musiqi, rəqs və digər yaradıcılıq nümunələri ilə çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. İstedadları Tanıyaq və Tanıdaq ictimai birliyinin sədri Vüsalə Qələndərli ( Sadıqova) İctimai birliyin ötən illər ərzində həyata keçirdiyi layihələrə qısa nəzər salıb, əldə olunan uğurlar və gələcək hədəflər barədə məlumat verib. Qeyd edib ki, təşkilat bu müddət ərzində yüzlərlə gəncin istedadının üzə çıxarılmasına və onların inkişafına dəstək göstərib.

Tədbirdə ictimai xadimlər, millət vəkilləri, şəhid və qazi ailələri, mədəniyyət nümayəndələri, gənclər və media təmsilçiləri iştirak ediblər. 
Millət vəkili   Aydın Mirzəzadə çıxışı zamanı bildirib ki, “İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyinin fəaliyyəti gənclərin potensialının üzə çıxarılması və onların cəmiyyətdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, bu cür təşəbbüslər ölkədə yaradıcılığın inkişafına, istedadlı şəxslərin dəstəklənməsinə və gələcək nəsillərin formalaşmasına töhfə verir.
Çıxış edən qonaqlar təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, onun cəmiyyət üçün əhəmiyyətli rol oynadığını vurğulayıblar.
“Dostluq körpüsü” konserti sonda bütün iştirakçıların birgə çıxışı ilə yekunlaşıb və dostluq, birlik və həmrəylik mesajları ilə yadda qalıb.
Sonda iştirakçılara diplom təqdim olunub.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də