Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda “Vyana Xeyriyyə Balı” keçiriləcək

Bakıda “Vyana Xeyriyyə Balı” keçiriləcək

Fevralın 27-də Bakıdakı "Fairmont Baku" otelində "Vyana Xeyriyyə Balı" təşkil ediləcək.

Tədbir Vyana meriyası və Avstriyanın Azərbaycandakı səfirliyinin rəsmi dəstəyi ilə keçiriləcək.

Tədbirin proqramına mini-orkestrin, opera müğənnisinin çıxışı, kvadril ustad dərsi ilə rəqs hissəsi, həmçinin xeyriyyə hərracı daxildir.

Xeyriyyə hərracında toplanan vəsaitin 50%-i Heydər Əliyev Fonduna, qalan 50%-i isə Vyana meriyası tərəfindən sosial layihələrə ayrılacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də