Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ

Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ

Əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızının kirayə verdiyi mənzilin əşyalarının kirayəşin tərəfindən talanması barədə daxil olan müraciət üzrə şübhəli şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə  DİN Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, məhkəmənin qərarı ilə Aygün Cavadova 4 gün yox, 8 gün müddətinə inzibati qaydada həbsdə olub.

"Hazırda şübhəli şəxs barəsində araşdırmalar davam etdirilir, onun digər qanunsuz əməlləri istisna edilmir", - Lumu İsrəfilli deyib.

Qeyd edək ki, Afət Telmanqızı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub yazıb. O, Badamdarda yerləşən mənzilin qarət olunduğunu qeyd edək, oğrunun tapılması üçün nazirdən kömək istəyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də