Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsa Həbibbəyli bu vəzifəsindən azad edildi - Yeni TƏYİNAT

İsa Həbibbəyli bu vəzifəsindən azad edildi - Yeni TƏYİNAT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli akademiyanın Humanitar Elmlər Bölməsinin "Filologiya və sənətşünaslıq” jurnalının baş redaktoru vəzifəsindən azad edilib.

O, işlərinin çoxluğu ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinə jurnalın baş redaktoru vəzifəsindən azad olunması ilə bağlı müraciət edib.

Rəyasət Heyətinin iclasında məsələ müzakirə olunub və onun müraciətinə müsbət cavab verilib. 

İclasda filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın Humanitar Elmlər Bölməsinin "Filologiya və sənətşünaslıq” jurnalının baş redaktoru təyin edilib.

Qeyd edək ki, Sərxan Xavəri həm də ötən ildən bəri Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsində çalışır. 1998-ci ildən AMEA-da çalışan S.Xavəri 2006-cı ildən 2024-cü ilədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində işləyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də