
Yanvarın 3-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yanvarın 03-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Qərb küləyi arabir Qobustanda 16 m/s-yə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.