Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Milli Arxiv İdarəsində skan qiymətləri artıb - Narazılara CAVAB VERİLDİ

Milli Arxiv İdarəsində skan qiymətləri artıb - Narazılara CAVAB VERİLDİ

Tarixçi-araşdırmaçı Dilqəm Əhməd sosial şəbəkə hesabında Milli Arxiv İdarəsində sənədlərin skan olunmasına görə qiymətlərin artdığını bildirib. Bu da bəzi şəxslər arasında müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı danışan tədqiqatçı, Milli Arxiv İdarəsinin sabiq əməkdaşı Aslan Kənan bildirib ki, Milli Arxiv İdarəsində skan qiymətlərinin artırılması məsələsinə birtərəfli yanaşılmamalıdır:

“Orada çalışan işçilərin maaşı çox aşağıdır. Əldə edilən maliyyənin cəmi 25%-i Arxiv İdarəsinə qalır. Bu da işçilərə ayda 5-10 manat edir. İşçilərin iş şəraiti də ürəkaçan deyil. Bütün günləri tozun içərisində keçir, amma bunları düşünən yoxdur. Hər kəs skanların ödənişli həyata keçirilməsindən narazılıq edir, amma məsələnin digər tərəfini düşünən yoxdur”.

Müsahibimiz bildirib ki, Milli Arxivin hələ də təsis günü yoxdur:

“Arxivin quruluşu dekabrın əvvəlləri qəbul edilir ki, o belə qeyd edilmir. Bütün peşə işçilərinin bayramı olduğu halda arxiv işçilərinin olmaması biabırçılıqdır. Mən oradan 2 ildir ayrılmışam, amma haqqı danmaq olmaz axı. Bir şey olan kimi yuxarıdakılar deyir sənəd gətir, həmin sənədin necə gətirildiyini isə bilən yoxdur. Oranın işçiləri köhnə, cırıq kitabları yapışdırıb saxlayırlar. Arxivin bundan əvvəlki rəisi oranı pis günə qoymuşdu. Əsgər Rəsulov gəldikdən sonra idarədə xeyli irəliləyiş oldu. Həmin irəliləyişlərdən sonra ölkədə belə bir qurumun faəliyyət göstərməsi insanlar tərəfindən bilinməyə başladı. Biz haqqı qoyub nahaqqın dalınca qaçırıq. Mənim işlədiyim vaxt skanlar tamamilə pulsuz idi. Ödəniş çoxdan tətbiq edilməli idi ki, oğurluq olmasın. Çoxları bir kitabı skan edib aparır, evində oturub rahatca araşdırmalarını edirdi. Mən özüm bununla bağlı dəfələrlə rəisə müraciət etmişdim ki, belə olmaz. Mən neçə nəfər tanıyıram ki, arxivin neçə hissəsini skan edib evinə qoyub, heç arxivə yaxın durmur”.

A.Kənan qeyd edib ki, artımlar heç kimin cibinə getmir:

“Qiymət artıbsa, şəraitin yaxşılaşdırılması üçü edilib, rəhbərlik üçün yox. Mənə elə gəlir ki, rəhbərliyə heç pul lazım da deyil. Əsgər müəllim də, ondan əvvəlki rəis də çox təmiz adamlardır. Professorun buradan gələn pula niyə ehtiyacı olsun?!”.

Müsahibimiz sonda tarixçi Dilqəm Əhmədə müraciət ünvanlayıb:

“Əziz Dilqəm Əhməd, mən səni yaxşı tanıyıram. Çox gözəl araşdırmaların, tədqiqatların var. Zəhmət olmasa deyə bilərsənmi, araşdırmaları etdiyin xarici ölkələrdə materialları skan üçün nə qədər ödəniş edirsən? Ümumiyyətlə, deyə bilərsənmi həmin ölkələrdə arxiv işçilərinin maaşı nə qədərdir?!Məsələyə birtərəfli yanaşmaq yerinə bu nüanslar da diqqətə alınsa, daha gözəl olardı”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də