Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan biri də Ramin Ağayevdir.
O, Rusiya vətəndaşı olub və Moskvada yaşayıb.
28 yaşlı Ramin Ağayev Kirovda yerləşən Vyatka Dövlət Universitetində jurnalistika oxuyub. O, Ural Hava Yollarında stüard işləyirmiş.
Ramin dekabrın 24-də altı yaşlı qardaşı oğlunu nənəsinin yanına aparmaq üçün Bakıya uçub. Dekabrın 25-də Qroznıya uçmalı, oradan da Moskvaya getməli idi.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qazaxıstan tərəfi bildirib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.