Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

23 ailədə həm valideyn, həm də övlad təhsil krediti alıb

23 ailədə həm valideyn, həm də övlad təhsil krediti alıb

“Məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələri qurulub, 30-dan çox müəssisə ilə Anlaşma Memordumu imzalanıb”.

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə deyib.

O bildirib ki, 1000-dən çox tələbə təlimlərə cəlb olunub, 600-dan çox tələbə və məzun təcrübə proqramlarından yararlanıb.

Təhsil tələbə kreditlərindən yararlanmış şəxslərin götürdükləri kreditləri geri qaytarmalarına dəstək olmaq məqsədilə Fond tərəfindən görülən işlərə toxunan B.Əzimov 3 il ərzində tələbə və məzunlar üçün ödənişsiz təlimlərin təşkil olunduğunu, həmçinin onların müxtəlif təhsil forumları, iş yarmarkaları, karyera sərgilərində iştirak etmələrinə dəstək göstərildiyini, bu xüsusda onlarla gəncin işlə təmin edilməsinə nail olunduğunu bildirib. 

O, TTKF-nin yaratdığı imkanlardan faydalanmaq istəyənlər üçün yaş məhdudiyyətinin olmadığını, hətta 23 ailədə valideyn və övladlarla da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1069 ailədə isə 2 nəfərin, ümumilikdə 2318 nəfərin tələbə adı qazanaraq təhsil tələbə krediti götürdüyü bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də