Dekabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə ehsan süfrəsi açılıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, din xadimləri rayon ictimaiyyəti iştirak ediblər.
Açılan ehsan süfrəsində Ulu öndərin ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.