Dekabrın 12-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Aparatın və İşlər İdarəsinin şöbə müdirləri və əməkdaşları Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.
Milli Məclisin kollektivi və deputatlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər, Ümummilli Liderə dərin ehtiramlarını ifadə ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi