
Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər.
İdmançılar daşıyan təyyarə Heydər Əliyev Aeroportuna eniş edib.
Hava limanında onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.
Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.