Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"e-bildiriş"ə görə xidmət haqqı tutulacaq

"e-bildiriş"ə görə xidmət haqqı tutulacaq

"e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq.

Bu, Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təklif edilən "Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 Layihəyə əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də