
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Hikmət Məmmədov işdən çıxarılıb.
O, bir müddət əvvəl vəzifəsindən azad olunub.
Qeyd edək ki, Hikmət Məmmədov 1977-ci ildə anadan olub. 2003-2009-cu illərdə Moskva Dövlət Açıq Universitetində Hüquqşünas ixtisası üzrə təhsil alıb.
O, 16 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.