Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Mingəçevir şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkəsi "Dövlət Proqramı"na uyğun olaraq yenidən qurulur.
Bu barədəAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
İşlər Xidmətin Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. Tikinti-bərpa işləri şəhərin müxtəlif ərazilərində idarənin texnikaları və işçi qüvvəsi vasitəsilə aparılır. İdarənin istismarında 3 su nasos stansiyası fəaliyyət göstərir ki, həmin nasos stansiyaların da sazlığı daim nəzarətdə saxlanılır.
Şəhərdə kanalizasiya şəbəkəsi layihəsi də planauyğun davam etdirilir. Hazırda şəhərin 5 nöqtəsində - tərəvəzçilik sovxozunda, AzQres qəsəbəsində, Nərimanov prospektində, Mehman Bəşirov küçəsində işlər davam etdirilir. Demək olar ki, kanalizasiya xətləri layihəsinin 84%- tamamlanıb.