Yük nəqliyyat vasitələrindən külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Balakən Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Türkiyədən Azərbaycana keramik məmulatlar yükü gətirən iki yük nəqliyyat vasitəsindən aksiz markası ilə markalanmayan və məcburi nişanlama ilə nişanlanmayan, ümumilikdə 208 000 ədəd siqaret aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.