
Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb. Hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindənverilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.