Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

5 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

5 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
Sabahdan Bakıda 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də