Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
İxtisas qrupu |
Qəbul olunanlar ( o cümlədən subbakalavrlar) |
||
Ödənişli |
Dövlət sifarişi əsasında |
Cəmi |
|
I |
4660 (1845) |
13700 (1208) |
18360 (3053) |
II |
9755 (3549) |
4408 (0) |
14163 (3549) |
III |
10498 (56) |
4371 (0) |
14869 (56) |
IV |
1061 (206) |
3089 (330) |
4150 (536) |
V |
2565 (52) |
1549 (41) |
4114 (93) |
CƏMİ |
28539 (5708) |
27117 (1579) |
55656 (7287) |
Xatırladaq ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 75 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 24 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
Bundan əlavə, 508 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 108 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.
Həmçinin, I ixtisas qrupu üzrə 186 abituriyent Azərbaycan – Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 32 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.