Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını ziyarət ediblər.
Memar Elçin Əliyev "Facebook" hesabında binanın tarixi ilə bağlı paylaşım edib.
O qeyd edib ki, daş bina 1909-cu ildə şəhərin kənarında Alekseyevski kazarmasının ərazisindəki hərbi şəhərcikdə tikilib:
"Bundan əvvəl bu yerdə taxta kilsə var idi. Yeni müqəddəs bina "İçərişəhər"dəki kazarmadan bura köçürülən rusiyalı Salyan hərbi alayı üçün nəzərdə tutulub.
Əvvəlcə bina Müqəddəs Arxangel Mixailin şərəfinə 262-ci Salyan Piyada Alayının Kilsəsi adlanırdı.