Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın nəşinin qalıqları tapılaraq ailəsinə təhvil verilib.
Bu ailənin əksər üzvü birinci Qarabağ müharibəsində itkin düşüb. Təranə də onların biri olub.
Yaxınları deyir ki, təhlükə yarananda qohumları onu da götürüb Kəlbəcəri tərk etmək istəyiblər.
Ailə illər boyu bu itkinlərdən xoş xəbərin gələcəyini gözləyib. Hələlik həmin itkinlərdən sadəcə Təranə Zeynalovanın qalıqları tapılaraq ailəsinə təhvil verilib.