VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyev seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində ilk böyük görüşünü keçirib.
15 saylı Yasamal birinci seçki dairəsində yaşayan sakinlərlə ilk böyük görüş keçirilib.
Görüşdə iştirak edən seçicilər arasında şəhidlərimizin ailə üzvləri və Vətən müharibəsi qazilərimiz də iştirak edib.
Görüş zamanı seçiciləri düşündürən məsələlər və suallara aydınlıq gətirilib. Ülvi Quliyev bu görüşlərin davam edəcəyini qeyd edib.