
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Tofiq İbrahimov 1954-cü il yanvarın 1-də Qəbələdə anadan olub. O, 2004-cü ilin mart ayının 26-da Azərbaycan Prezidentinin sərəncamı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və Prezidentin 4 mart 2010-cu il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. 4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.