Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ-nin) Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edib.
İşə düzəlmək istəyən şəxs aşağıdakıları nəzərə almalıdır:
Öhdəliklər:
- Qiymətləndirmə sahəsində araşdırma və tədqiqatların aparılması,
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatların hazırlanması,
- Araşdırma və təhlil nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən təkliflərin verilməsi,
- Təhsilin bütün pillə və səviyyələrində nailiyyətlərin qiymətləndirilməsinə dair tövsiyənin hazırlanması,
- Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi,
- Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması,
- Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həlli üçün hipotezalar yarada bilmək bacarığı,
- Dataların təmizlənməsi və emala uyğun formaya salınması,
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması,
- Məqalələr, tezislərin yazılması.
Tələblər:
- Data analitikası üzrə minimum 1 il iş təcrübəsi,
- Ümumi 3 ildən az olmayaraq iş təcrübəsi,
- Verilənlərin statistik təhlili və vizuallaşdırılması üzrə proqram təminatları ilə işləmək bacarığı (R və ya Python, Power BI, MS Excel, Powerpoint vs.), ·
- Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, rus dili arzuolunandır,
- Analitik/kritik düşünmə, detallara diqqət və rəqəmlərlə işdən zövq almaq,
- Alqoritm qurma bacarığı və analitik-alqoritmik düşünmə qabiliyyəti,
- Effektiv ünsiyyət, komandada işləmək bacarığı
İş qrafiki: 5 günlük (09:00 – 18:00)
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “mütəxəssis” qeyd edərək 15 avqust 2024-cü il tarixinə kimi [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.