
Azərbaycan və gürcü əsilli türkiyəli şair, yazıçı və tərcüməçi Afşar Timuçin dünyasını dəyişib.
O, 85 yaşında həyatla vidalaşıb.
Kökləri Bakı və Batuma dayanan Afşar Timuçin 1939-cu ildə Manisa vilayətinin Akhisar rayonunda anadan olub. Ali təhsilinə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Fransız dili və ədəbiyyatı bölməsində başlayıb.
1967-ci ildə təhsilini başa vurmaq üçün Kanadaya gedib. 1967-ci ildə Monreal Universitetinin fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə isə İstanbul Universitetində doktorluq dərəcəsini tamamlayıb.