Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda neçə “Xalq” və “Əməkdar” fəxri adı daşıyan var?..

Azərbaycanda neçə “Xalq” və “Əməkdar” fəxri adı daşıyan var?..

Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimai rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.

Sosial şəbələkələrdəki müzakirələrdə bir çoxları “Xalq artisti” fəxri adının ləğv edilməsini istəyirblər. Əksəriyyət hesab edirlər ki, keçmiş SSRİ-dən miras qalan “Xalq artisti” və “Əməkdar artist” titulları sənətçilər arasında ayrı-seçkilik yaradır.

Mövzunun aktuallığını nəzərə alaraq “Xalq artisti” adı ilə bağlı kiçik bir araşdırma aparıb: sonuncu dəfə kimə verilib, hazırda bu fəxri titullara görə ayda nə qədər pul ödənilir?
 

Azərbaycanda sonuncu dəfə “Xalq artisti” fəxri adı bir neçə gün öncə - 22 iyul 2024-cü il tarixində bir nəfərə verilib - bu titula Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə öxbək müğənni Fərrux Kərimoviç Zakirov layiq görülüb.
Fərrux Zakirov Azərbaycanda da tanınan məşhur “Yalla” qrupunun rəhbəridir.


“Əməkdar artist” fəxri adı isə sonuncu dəfə 2021-ci ilin martında iki nəfərə verilib: aktrisa Həcər Ağayevaya və aktyor Oleq Əmirbəyova.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü il aprelin 1-nə ümumilikdə 4832 nəfər “Xalq” və “Əməkdar” fəxri adlarına görə aylıq Prezident təqaüdü alır.

Hazırda "Xalq" fəxri adına görə 254 nəfərə ayda 200 manat təqaüd ödənilir.

 4578  nəfər isə “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd alır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də