Azərbaycanda yeni növ radarlar quraşdırılır.
Sürət hddinin tez-tez aşıldığı ərazilərdə artıq qurğular yerləşdirilərək istifadəyə verilib.
Quraşdırılan tablolarda maşının nömrəsi və sürət həddi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, elektron tabloların quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl edilməsidir.
Qeyd edək ki, bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması üçün işlər davam etdirilir.
Ətraflı süjetdə: