
Xəbər verdiyimiz kimi Stansiya Sumqayıt ərazisində yerləşən istehsalat müəssisələrinin birində 3 fəhlə qazdan zəhərlənib.
Mövzu ilə bağlı Sumqayıt Tibb mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, 08.07.2024-cü il tarixində saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər:
“Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.