Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı qurumuş və qəzalı ağaclardan təmizlənir - FOTO

Bakı qurumuş və qəzalı ağaclardan təmizlənir - FOTO

Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı ağaclar insan həyatı ilə yanaşı, şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır. Bununla əlaqədar olaraq son günlərdə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxt rayonlarının ərazilərində olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlərin intensivliyi artırılıb.

 Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

 Bildirilib ki, monitorinqlərin nəticəsi olaraq Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın 12 rayonu üzrə müxtəlif ünvanlarda quru, qəzalı ağacların götürülməsinə və ya budanmasına rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilir, onların götürülməsi və qurumuş budaqların budanması ilə bağlı rəylər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə təqdim edilir.

 Təqdim edilən rəylər əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilk mərhələdə mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından bu ağacların götürülməsi və budanma işlərinə başlayıblar. Bakının bir neçə rayonunda işlərə başlanılıb, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlik işləri aparılır.

 Eyni zamanda, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gündəlik olaraq mövcud ağaclara qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyünün suvarılması işlərini həyata keçirirlər.

 Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində iqlimə uyğun yeni ağaclar əkiləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də