Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2 033 litr olan plastik, 235 litr olan şüşə və 1 040 ədəd işlənmiş batareya təhvil verərək əvəzinə müxtəlif hədiyyələr əldə ediblər.
Tədbirdə maraqlı viktorinalar, müxtəlif müsabiqələr təşkil olunub, ekokönüllülər kətan üzərində şəkillər çəkib.