Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Adı siyahıya düşməyən seçici varsa, müraciət etsin"

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib.

Bu barədə o, Komissiyanın bu gün keçirilən iclasında danışıb.

Məzahir Pənahov deyib ki, adı hansısa səbəbdən seçici siyahısına düşməyən seçici varsa, o, müraciət etsin.

 

MSK sədri qeyd edib ki, bu məsələ operativ şəkildə, qanunauyğun şəkildə həll ediləcək: "Biz çalışmalıyıq ki, Azərbaycan ictimaiyyəti seçkilərdə fəal iştirak etsin. Hansısa səbəbdən adı seçici siyahısına düşməyən vətəndaşın səsvermə hüququ təmin olunmalıdır. Biz onu adını seçici siyahısına salmayaraq biz bu hüquqdan məhrum edə bilmərik. İndiyə qədər bununla bağlı bizə şikayət daxil olmayıb. Kimsə məntəqədə səs vermək istəyibsə, ona mane olan olmayıb. Adı seçici siyahısına düşməyən vətəndaşın da səsvermə günü səsvermə hüququ təmin ediləcək”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də