Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İndiki dövrdə fərqli bacarıqlara üstünlük verilir - Nazir

İndiki dövrdə fərqli bacarıqlara üstünlük verilir - Nazir

Sabah qrupları yarandığı 2014-cü ildən bəri istedadları üzə çıxarmaq, onların bacarıqlarını artırmaq istiqamətində önəmli bir inkişaf dövrü keçirib.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

 O bildirib ki, əvvəllər bilik daha önəmli sayılırdısa, indiki dövrdə fərqli bacarıqlara daha çox üstünlük verilir.

"Şagirdlərimizin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr göatərir ki, onların iş həyatına atılmaları üçün lazımi praktiki bacarıqları yetərli olmaya bilir. SABAH Akademiyasını yaradarkən istedadlı tələbələri ölkənin iqtisadi liderləri ilə bir araya gətirməyi hədəfləyirdik".

 Nazir qeyd edib ki, bu il rəqəmsal bacarıqların ilk məzunları olacaq. Bu, Azərbaycan təhsili üçün önəmli yenilikdir.

 "Rəqəmsal bacarıqlar" layihəsinin məzunları yaşıdlarından fərqli olaraq startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar".

 Ölkəmizdə 15 yaşına qədər gənclərin 2 faizi aldıqları təhsil sayəsində dünyanın qabaqcıl ölkələrində yüksək təhsil almış yaşıdları ilə bərabərsəviyyəli bilik və bacarıqlara malikdirlər. Böyük inkişafa nail olmaq üçün ani dəyişiklikdənsə, bizim etdiyimiz kimi dəyişikliyə mərhələli formada məktəbdən başlamaq lazımdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də