"Şuşa Real Məktəbi Şuşanın ən böyük tarixi abidəsidir. Ona görə burada təmir yox, bərpa işləri aparılır".
Bunu Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası zamanı jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, planlara görə, Məktəbdə təhsil 2026-ci ilin sentyabr ayında başlayacaq.
"Təhsil istiqaməti olaraq, incəsənət, mədəniyyət olması planlaşdırılır. Eyni zamanda, bu müəssisə daha çox ali təhsil, orta ixtisas təhsili verən qurum olacaq. Bu, Qarabağ Universitetinin aidiyyəti bir qolu olacaq. Filial və ya kollec formasında ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fəaliyyətini qaydaya qoyduqdan sonra sizə daha çox şey deyə bilərik", - deyə nazir əlavə edib.