Universal Music Group (UMG) bütün sənətçilərinin musiqisini "TikTok"dan siləcək. Buna səbəb şirkətlərin yeni lisenziya razılaşması əldə edə bilməmələri olub.
Dünyanın ən böyük musiqi nəşriyyatına sahib şirkət Taylor Svift, Ariana Grande, Jastin Biber, "Coldplay", "The Weeknd" və Dreykin treklərini ehtiva edən musiqi kataloqunu "TikTok"dan çıxarmağı planlaşdırır.
Musiqi şirkəti hesab edir ki, sosial şəbəkə sənətçilərə kifayət qədər pul ödəmir. Onların sözlərinə görə, bir milyarddan çox qeydiyyatdan keçmiş istifadəçisi olan "TikTok"dan yalnız 1% gəlir var.
UMG - dünyanın ən böyük biznes şirkəti, həmçinin səsyazma leyblərinin ana şirkəti və media holdinqdir. O, "Səsyazma leyblərinin böyük üçlüyü"nün ən nüfuzlusudur. Şirkətin müxtəlif ölkələrdə regional ofisləri var.