Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xalq artisti Ramiz Məlik vəfat etdi

Xalq artisti Ramiz Məlik vəfat etdi


Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr və kino aktyoru Ramiz Məlik bu gün səhər saatlarında vəfat edib.

Bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı xəbəri təsdiqləyib.

Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, xəstə idi.

Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də