Razi hansı ruh halında və vəziyyətdədir? Ziya bütün günü Razini döyüb, küncə qoyub. Qızın sifəti “it günündə”dir. Bunlardan sonra Razi ictimaiyyət arasına neçə çıxmalı idi ki? Bütün günü sual verirdiniz ki, Razi niyə şəkil paylaşmır? Bax? buna görə o fotolarını yayımlamırdı.
Burada heç bir xəyanətdən söhbət getmir. Razi heç zaman ictimaiyyət və cəmiyyət içində özünü əxlaqsız, tərbiyəsiz, hörmətsiz, səviyyəsiz kimi apamayıb”.
Pərvinin sözlərinə görə, bir neçə il əvvəl Razinin ad gününə avtomobil alan Ziya bu hadisələrdən sonra nəqliyyat vasitəsini geri istəyir:
“Ziya özün də bilirsən ki, Razi necə bir qızdır... Marka geyinən, xarici ölkələri gəzən qızdır. Necə və nə cür edir, əcəb edir, özü bilər. Fakt odur ki, sən bu qızı tanıyanda belə tanımısan. Bu qızın əynində “Chanel”, “Dior” və s. olub.
Əgər bu qızdan istədiyini istəyirsənsə, ona da verməlisən. Avtomobil hədiyyə almısan, indi də onu geri istəyirsən. İki il qızın başına oyun açmısan və evə qapatmısan. Bir dəfə dalaşdılar, qız avtomobili keçirdi oğlanın adına və dedi ki, “Qırıl, uzaq dur məndən”. Oğlan getdi-gəldi yalvardı, özünü öldürdu ki, yenidən keçirdi avtomobili qızın adına.
O gün də yazıb ki, gətir avtomobili qaytar. Allah kəssin sənin verdiyin maşını. Verib, dərdindən ölən. Pul xərcləmək istəmirsiniz, gedib kasıb qız sevin. Sən Razi ilə sevgili olanda bilmirdin ki, gəlib deyəcək ki, ayda mənim bu qədər xərcim var”.
Həmin görüntüləri təqdim edirik:
[media=]