Ukraynada hava hücumu xəbərdarlıq sistemlərinin bir günlük işləməsi ölkəyə 203 milyon dollara başa gəlir.
Bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev məlumat verib.
Deputatın fikrincə, raket zərbələri təkcə enerji infrastrukturunu məhv etmir, həm də iqtisadi fəaliyyəti iflic edir.
Getmantsevin sözlərinə görə, hava hücumları zamanı işçilərin işə gəlməməsi istirahət günlərində, uzaqdan və ya iş saatlarından sonra işləmək hesabına kompensasiya edilməlidir.
Bu gün səhər saatlarında Ukraynanın bir sıra regionlarında hava hücumu xəbərdarlığı elan edilib. Ukraynanın baş naziri Denis Şmıqal qeyd edib ki, gün ərzində ölkənin on regionunda 18 infrastruktur obyekti zərər çəkib.