Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alfonslar çoxalıb, pul xatirinə yaşlı qadınlara…

“Gənclikdə pulun arxasınca çox qaçanlar müəyyən yaşdan sonra özünü belə gülünc durumlara salmamalıdır”.
NOCOMMENT.az xəbər verir ki, bunu “Yeni Sabah”a psixoloq Gülnar Orucova yaşda çox böyük olan insanların özündən qat-qat gənc və ya yeniyetmələrlə ailə qurması məsələsini şərh edərkən deyib. Psixoloq bildirib ki, bu hallar qocalıq kompleksinin nəticəsidir:
“16-18 yaşında yeniyetmə oğlanlar və yaxud gənc yaşlarda oğlanlar daha çox özündən yaşlı xanımlarla münasibət yaşamaq istəyirlər. Çünki o yaşda xanımları daha olğun kişilər və ya kişilər isə daha olğun xanımlar cəlb edir. Amma müəyyən yaşdan sonra məsələn, 40 yaşdan sonra insan xüsusilə də, kişilər özündən qat-qat gənc xanımlarla sevgili olmaq istəyir və yaxud da evlənmək istəyirlər. Əgər bir kişidə belə istək varsa, deməli, qocalıq kompleksi yaşayır.

Yaş həddinə uyğun olaraq xarakterlərin, yaşam tərzlərinin uyğunlaşması var. Aralarında 10 yaş fərq olan kişiylə qadının anlaşma problemi olur. Bu problemlər kişinin artıq yaşamaq istədiyini yaşayıb, qadının isə onları yaşamadığı üçün arzuladığında göstərir. İnsan yaşlananda passiv istirahətə üstünlük verir, tənhalığın olmasını istəyir. Amma gənc çox aktiv, əylənməyə maraqlı olur. Yaşlı insan isə onunla ayaqlaşa bilmir.
İnsan yaşlananda gəncliyində edə bilmədiyi arzularını reallaşdırmağa çalışır. Bəzən insan o qədər pulun arxasınca qaçır ki, gənclik dönəmində öz gəncliyini unudur. Bu zaman da gənc xanımlar axtarmağa başlayırlar. Məlum məsələdir ki, gənc xanımlar yaşlı kişilərə aşiq olmurlar. Gənc xanım məntiq evliliyi edir.
Misal üçün, 20 yaşında bir xanımın cinsi potensialını, yaxud da digər potensiallarını 71 yaşındakı bir kişiylə müqayisədə nəzərə alaq. 71 yaşındakı bir insan 21 yaşındakı bir insanı nadirən cinsi baxımdan təmin edə bilər. Xanım onun üçün xoş ola bilər. Amma kişi qadının intim tələbatını ödəyə bilməyəcək durumdadır. Gənclikdə pulun arxasınca çox qaçanlar müəyyən yaşdan sonra da özünü belə gülünc durumlara salmamalıdır. Müəyyən zaman daxilində öz gəncliyini yaşayan insan yaşlılıqda belə bir qərarlar almır. İnsan öz yaşlılığını hiss edəndə artıq gənc xanımlarla münasibətlər yaşamağa başlayır. Bu, həm də “edib-elektra kompleksi”nin nəticəsində də ola bilər. Atasına aşırı sevgisi olan və ya anasına həddindən artıq bağlı olan oğlanlar da bu cür seçimlər edə bilərlər.Əvvəllər xanımlar bu qədər azad deyildi. Məsələn, sovetlər dönəmində boşanma bu qədər asan deyildi. Çünki əvvəllər ağsaqqallar, ağbirçəklər bu işə qarışırdı. Böyükləri sayan gənclər var idi. İndi artıq hər kəs öz-özünün ağsaqqalı ağbirçəyi olub. Əvvəllər 50-60 yaşında qadınların ərə getməyi çox nadirən görünən hadisə idi. Amma bu gün bunun tərsinədir.
İnsanın intim tələbatı müəyyən yaşdan sonra kişilərdə azalmağa başlaya bilər. Onların yaşıyla əlaqəli hər hansı bir problem ola bilər. Ruh istəyə bilər, amma bədən ona cavab verməyə bilər. Amma qadınlarda tam tərsinədir. Qadınların yaşı artdıqca onların intim tələbatı daha da çoxalır. Buna görə də öz ehtirasına “yox” deyə bilmir. Bunun üçün də həyatına daha gənc insanları salır.
Cəmiyyətdə son zaman alfonslar çoxalıb. Pul xətrinə həmin xanımların yanında olurlar. Qadının da bu hala könüllü razılığı vaxtında yaşadığı sevgisizlikdən, travmalardan bir də müəyyən yaşlarda ehtiras pik nöqtədə olduğu üçün hisslərini idarə edə bilməməyindən irəli gəlir”.
Gülnar Orucova gənclərin yaşlı insanlarla ailə qurmasına üstünlük verməsinin bir səbəbini də məşhurluq olduğunu deyib:
Elə insanlar var ki, yaşlı olmasına baxmayaraq cəmiyyətdə əks cinslərin sevimliləridir. Cüneyt Akın və ya Ajda Pekkan kimi bəzən məşhurluq, xarizmatiklik cəmiyyətdə öz mövqeyinin olması, əks cinslərin onlara aşiqliyi ilə nəticələnir. Elə hallar da olur ki, ailə qurduqda qadınlar arzuladıqlarını kişinin xarakterində tapmırlar, görmək istədiyi xarakteri həmin məşhurların simalarında görür və bu zaman da platonik sevgi yaranır”.
Gülnar Orucova kişi qadın münasibətlərində yaş fərqi məsələsinə də toxunub:
“Kişiylə qadın arasında yaş fərqi 5-dən çox olmamalıdır. Əksi olsa, maraqları üst- üstə düşmür, yaşam həvəsləri bir-birinə uyğun gəlmir. Kişinin müəyyən yaşdan sonra prostat vəzisində problemlər olur. Ona görə də cinsi aktın zəifləməsi halları olur. Bioloji baxımdan da kişiylə qadın bir-birinə uyğun olmalıdır. Belə olmadıqda xəyanətlər də ortaya çıxır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də