Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Eurohome"da kombi satanı öldürdülər


Paytaxtın Binəqədi rayonunda yerləşən ticarət mərkəzində qətl törədilib.
Hadisə Bakı-Sumqayıt şossesində yerləşən “EuroHome” ticarət mərkəzində baş verib.
Belə ki, kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər ərazidən uzaqlaşıb.
Binəqədi Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları axtarışa başlayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də