Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Depolarda maska və dərmanların tədarükünə başlanılıb


Dünyada, eləcə də Azərbaycanda koronavirusa yoluxma hallarının sayı artır.
Sosial şəbəkələrdə və cəmiyyətdə karantin qaydalarının sərtləşdirilməsi və maska rejiminin yenidən tətbiq olunması barədə söhbətlər gəzir.
Məlumata görə, ölkənin ən iri dərman depolarında xeyli sayda koronavirus əleyhinə tibbi ləvazimatların və dərman pteparatlarının tədarükünə başlanılıb.
Mənbənin verdiyi məlumata əsasən, bu addımın atılması yoluxma hallarının artması ilə bağlıdır.
“Karantin rejimi payızda sərtləşə bilər. Böyük ehtimalla, maska rejiminə geri dönəcəyik”, – deyə mənvə qeyd edib.
Məlumatı dəqiqləşdirmək üçün sayt Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudovla əlaqə saxlayıb..
Millət vəkili bildirib ki, payızda nələrin ola biləcəyini indidən bilmək çətindir:
“İndiki vəziyyət və gedişat onu göstərir ki, ən azından məsafənin qoruna bilinmədiyi ictimai nəqliyyatda maska istifadəsi gündəmə gəlməlidir. Hələlik bunun xaricində əlavə tədbirə ehtiyac yoxdur”.
R.Mahmudov sərt karantin rejiminin yenidən qayıtması ehtimalı ilə bağlı sualımızı belə cavablandırıb:
“Nə ölkəmiz, nə də dünya üçün yenidən sərt karantin rejiminin olacağına ehtimal vermirəm. Ən ağır vəziyyətdə maskanın istifadəsi genişlənə bilər”.
Deputat daxil olmuş məlumatı da təsdiqləyib:
“Bəli. Dövlətimiz həm koronavirusla bağlı, həm də ola biləcək başqa təhlükələrdən ötrü artıqlaması ilə dərman tədarükü edib”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də