Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda yas məclisində ŞOK HADİSƏ BAŞ VERDİ: Çox sayda şəxs qəflətən...





Göyçayda yas mərasimində qidadan zəhərlənən şəxslərin adları məlum olub.
AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, axşam saatlarında zəhərlənən şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rayonun Hacıağabəyli kənd sakinlərindən zəhərlənən şəxslərin adı aşağıdakılardır:
Eminova Əsli Paşa qızı(1966);
İbrahimova Kifayət Müğdət qızı (1965);
Kərimova Aybəniz İbrahim qızı (1987);
Miriyeva İfrat İdris qızı (1962);
Quliyeva Esmira Rakif qızı (1985);
Nuriyeva Ürfət Etibar qızı (1987);
Quliyeva İlhamə Bəşir qızı (1970);
Quliyeva Nüşabə Bəşir qızı (1979);
Quliyeva Aidə Bəşir qızı (1979);
Digər zəhərlənən şəxslər Yeniarx kənd sakinləridir. Onların adları aşağıdakılardır:
Quliyev Turqut Azər oğlu (2007);
Quliyeva Aydan Azər qızı (2005);
Quliyeva Zeynəb Yengibar qızı (2005);
Quluzadə Gülşən Elsevər qızı (2020);
Quluzadə Ayşən Elsevər qızı (2020);
Xatırladaq ki, zəhərlənən şəxslərinin vəziyyəti yaxşıdı, müalicələri davam etdirilir.
***
Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.
Məlumata görə, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.
Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15-ə yaxın şəxsin halı qəfildən pisləşib.
İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür.
Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.
İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də