
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında tikinti materialları anbarı yanıb.
Hadisəyə yaxınlıqdakı ot tayasının yanması sbəbə olub.
Təxminən 500 kvadratmetr sahəsi olan anbarın dam örtüyü yanıb.
Hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın qısa zamanda nəzarət altına alınıb.


