Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kreml rəsmilərinin gündəm olan TƏKLİFİ: “Putinə prezident yox, hökmdar deyilsin”


Kreml rəsmilərinin son çıxışı gündəm olub.

Rusiya prezidenti Vladimir Putini “prezident” adlandırmağı çox qərbli hesab edən siyasətçilər daha “rusca” adla bağlı fikir irəli sürüblər. Belə ki, Kremlin müttəfiqləri Putinə ölkənin “hökmdarı” kimi səsləməyi təklif ediblər. Bununla əlaqəli Liberal Demokrat Partiyası (LDPR) açıqlama verib.
 
“The Telegraph”ın xəbərinə görə, LDPR Rusiya mediasında Putinin hazırkı "prezident" titulunun əslində ilk dəfə 18-ci əsrdə ABŞ-da ortaya çıxdığını və avtokratik mənalara baxmayaraq “pravitel”dən istifadə edilməli olduğunu iddia edib.

Qeyd olunub ki, “pravitel”in Rusiyada dərin və tarixi əlaqələri var və Romanovlar ailəsi 1613-cü ildən 1917-ci ilə qədər çar kimi ölkəyə demək olar ki, tamamilə nəzarət edirdi:
“Çar “pravitel”lə oxşar məna daşısa da, daha çox "imperator" kimi tanınır. Rusiyada “prezident” termini isə yalnız Sovet İttifaqının sonlarına doğru, Mixail Qorbaçovun prezident kimi tanınması zamanı ortaya çıxıb. O vaxta qədər SSRİ rəhbərləri əvəzində Kommunist Partiyasının rəhbəri və ya baş katib kimi tanınırdılar”. Digər tərəfdən Putinin tənqidçiləri onun Rusiyada artıq tam hakimiyyətə malik olduğunu və avtokratik bir çar kimi hökm sürdüyünü iddia edirlər.

Qeyd edək ki, sözügedən partiya ölkə parlamentində 450 yerdən 22-yə malikdir və hazırda Kreml ondan, daha radikal ideyalarını yumşaq şəkildə yaymaq və populyarlığına dair sübutlar toplamaq üçün istifadə edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də