Ukrayna səmasında inanılmaz mübarizə: Raket zərbəsi ilə partlayan türk PUA-sı hərbçiləri heyrətə gətirdi
Ukraynada Bayraktar TB2 PUA-larını idarə edən ukraynalı hərbçilər pilotsuz aparatlarla bağlı diqqətçəkən hadisələrdən danışıblar.
Zaporojye bölgəsində Bayraktar TB2 PUA-sını idarə edən ukraynalı hərbçinin sözlərinə görə, döyüşlər zamanı rus S-300 müdafiə sistemi pilotsuz uçuş aparatlarından birini hədəfə alıb. Raket PUA-nın yaxınlığında partlayandan sonra onunla əlaqə itib. Hərbçilər PUA-nın düşdüyünü güman etsə də, ciddi zədələr alan PUA avtomatik olaraq bazaya qayıdıb. Bu, Bayraktar TB2 PUA-sının keyfiyyətini ortaya qoyur.
Ukraynalı hərbçilərdən biri isə Belarusdan Ukraynaya daxil olan rus hərbi karvanını PUA ilə necə sıradan çıxardığından bəhs edib. O bildirib ki, Bayraktar TB2 PUA-sı vasitəsilə hərbi karvandakı yanacaq daşıyan avtomobili hədəfə alıb. Silsilə partlayışlar nəticəsində hərbi karvanın irəliləməsi dayanıb.