SON DƏQİQƏ! Gürcüstanda avtomobil yanacağı yenidən BAHALAŞDI – XAOS
Son günlər Gürcüstanda dizel yanacağı yenidən bahalaşıb.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının qiyməti 5-19 tetri artımla satılır. Ən çox qiymət artımı dizel yanacağında qeydə alınıb. Eko dizel yanacağının 1 litri 4,78 lariyə (1,65 ABŞ dolları), avro dizel yanacağı isə 4,74 lariyə satılır.
Gürcüstanın Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvili deyib ki, dizel yanacağının qiymətinin artması bir sıra amillərlə bağlıdır. Qiymət artımına ilk növbədə dünya bazarında dizel yanacağının qiymətlərinin bahalaşması səbəb olub. Digər tərəfdən, təchizat sahəsində müəyyən problemlər yaşanıb.