Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya ordusu itlərini də Azərbaycan torpaqlarına gətirməyə başladı...






Qarabağa Rusiya mühəndis-istehkam bölmələri də  gətirilir. 

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yayılan məlumata görə, istehkamçılar Azərbaycan Respublikasının hüquqi-tarixi ərazisində mühəndis kəşfiyyatı, ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi üçün tapşırıqları yerinə yetirəcəklər. 

Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkam birliyinin hərbçilərinin xüsusi texnikası və avadanlığı Qarabağa nəql edilir. Onların nəqli Rusiya Aerokosmik qüvvələrinin hərbi nəqliyyat aviasiya təyyarələrinin “İl-76” təyyarələri tərəfindən Ulyanovsk-Şərq aerodromundan həyata keçirilir. Qarabağ münaqişəsi zonasında istehkamçıların mühəndis kəşfiyyatı, ərazinin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirəcəkləri qeyd olunur. Bundan əlavə, tədarük və təxliyyə yollarının hazırlanması və saxlanılması, suların təmizlənməsi və digər mühəndis dəstəyi vəzifələrini təmin edəcəklər. Partlayıcı maddələrin aşkarlanması və axtarışı üçün xüsusi xidmət itlərindən istifadə ediləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də