Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Oğlum həkimdi, cəbhəyə yollanıb, kürəkənim və bacım uşaqları isə döyüşdə idi...”






“Müharibə aparmaq asan deyil, bəzən bu dildə asan səslənir, amma çox çətindi. Bunun üçün bir dövlət, bir millət maddi, mənəvi və fiziki cəhətdən hazır olmalıdır”

Bunu açıqlamasında Əməkdar artist Nuriyyə Hüseynova deyib. Muğam ifaçısı öz övladının və yaxınlarının da bu döyüşdə cəbhədə olduğunu bildirib:

“Təbii ki, sentyabrın 27-dən  başlayan müharibədə ordumuz çox böyük uğurlar əldə etdi, işğalda olan bir neçə rayonumuz azad edildi. Ali Baş Komandanımız, Ordumuz, oğullarımız, millətimiz böyük bir hünər, coşqu, həmrəylik göstərdi. Xalq-dövlət birliyi, bərabərliyi qürurverici, sevindirici idi. Təbii ki, bütün bunların daxilində bizim itkilərimiz, yaralılarımız oldu. Mənim öz ailəmdən də oğlum, kürəçəkənim, bacım uşaqları cəbhədədi və bütün bunlar hamısı bizi narahat edirdi, nigaran idik. Oğlum həkimdi, əsgərlərimizə kömək etmək üçün cəbhəyə yollanıb, kürəkənim və bacım uşaqları isə döyüşdə idi. İki qohumum isə şəhid oldu. Təbii ki, müharibədə şəhid də, yaralı da olur. Müharibə aparmaq asan deyil, bəzən bu dildə asan səslənir, amma çox çətindi. Bunun üçün bir dövlət, bir millət maddi, mənəvi və fiziki cəhətdən hazır olmalıdır. Biz dövlət və millət olaraq buna hazır idik”. 

Sənətçi bizə dəstək olan qardaş Türkiyə dövlətinə də minnətdarlıq edib:

“Bütün bunların başında isə qardaş Türkiyə dayanır. Mən dost Türkiyə deyəndə çox əsəbiləşirəm. Türkiyə bizim qardaşımızdı, millətimizin özü deməkdir. Necə ki, Atatürk deyirdi ki, “Azərbaycan ağlarsa, ağlarıq, gülərsə, gülərik”. Ulu öndər Heydər Əliyev isə deyirdi ki, “Biz bir millət, iki dövlətik”. Əgər biz bir millət, iki dövlətiksə, bunu necə ayıra bilərəm? Türkiyədən həmişə özümüzə sayqı, sevgi görmüşük və bu müharibədə isə onların mənəvi dayağı bizi ruhlandırdı, irəli apardı. Təbii ki, müharibədə vuruşmaq asan deyil, bir çanta yardım aparıb, hərbi forma geyib orda şəkil çəkdirib, özünü göstərmək üçün özünü reklam edənlərdən danışmıram. Onlara demək istəyirəm ki, böyük-böyük danışmaq çox asandı, amma vuruşmaq çətindir”.

N.Hüseynova da ərazidə sülhməramlıların yerləşdirilməsinin təhlükəsizlik baxımıdan tərəfdarı olduğunu deyib:

“Rusiya və Türkiyə sülhməramlılarının Qarabağda yerləşdirilməsi təbii ki, ilk gündən məndə də bir rahatlıq yaratdı. Çox sevindim, çünki uşaqlarımız ordadır. Ən azından rahatlığım var idi ki, atışma olmayacaq. Bütün bunlara baxmayaraq qələbə ruhunu, sevgisini mən daha çox yaşadım. Çünki bilirsiniz ki, mənim vətənimə olan sevgim, sayqım yalnız bu gün müharibə başlayıb deyə deyil, vətənimə, ölkəmə olan dəyərlərim həmişə olub, bəzən bu mübarizədə tək qalmışam, bəzən mənə hələ deyiblər ki, sən çox şeyləri qabardırsan. Mən elə həmişə belə olmuşam və xarakterim dəyişmir. Sadəcə ancaq Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi və Kəlbəcərin boşaldılması üçün əlacə 10 gün vaxt verilməsi məndə bir az ruh düşkünlüyü yaratdı. Biz düşmənə vaxt verdikcə, onlar təxribatla məşğul olurlar, ağaclarımızı yandırırlar. Düzdü, onların üfunət qoxuyan evlərində bizim millətin yaşaması mümkün deyil. Təbii ki, evlər yenidək tikiləcək, amma ki, neçə illik ağacları yandırmaq, əraziləri xarabalığa çevirmək yolverilməzdir. Ermənilərin xisləti budur. Türkiyə sülhməramlılarının da Qarabağa yerləşdirilməsi mənim içimi tam rahat edərdi, amma hələ ki, bu istiqamətdə danışıqlar gedir və mən tam sevinə bilmirəm. Təbii ki, ölkə başçımız cənab İlham Əliyev millətin yanında oldu. Biz onun bu gün apardığı siyasətə inanırıq və inanırıq ki, elə bir siyasi fikir yürüdəcək ki, Qarabağ torpaqlarında bir nəfər də erməni qalmayacaq və vətənimiz Azərbaycanda əvvəli kimi firavan yaşayış davam edəcək, hər kəs öz evinə, obasına qayıdacaq. Bütün dünya bilir ki, Qarabağ Azərbaycanındır, Ermənistanın deyil, amma təəssüflər olsun ki, qısqandıqları  üçün heç vaxt bunu dilə gətirməyiblər. Azərbaycan Türkiyənin bir parçasıdır, çünki zaman-zaman bizi parçalayıblar, ayırıblar. İnşallah biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, yenə bütöv bir Azərbaycan olacaq. Buna inanıram, çünki ilahi bir ədalət var və özü buna fərman verəcək”.


Sənətçi hələ də cəbhədəki əsgərlərimizdən nigaran olduğunu bildirib:

“Bu gün oğlum, kürəkənim və qohumlarım ordadır və gündəlik onlarla telefon əlaqəsi saxlayırıq. Bildiyiniz kimi hərbçilərimiz orda minaya düşüblər və əgər belə şeylər davamlı olarsa, onda müharibənin nəyi bitdi ki? Şəhidimiz, yaralımız varsa, demək hələ müharibə bitməyib.  Elə bir vəziyyət yaranıb ki, sanki dünyada imzalanan qayda-qanunların ermənilərə heç bir aidiyyatı yoxdur. Ermənilər nə istəyir edir, amma onlara deyən yoxdur ki, bu qanunu niyə pozursan? Çox maraqlıdır, biz bu qədər hümanistlik göstəririk, amma onlar bunu qanmırlar. Xocalı kimi şəhərdə bir nəfəri belə ermənilər salamat buraxmadılar. Bizim millətimizi məhv etdilər, amma buna dünya susdu, bir söz demədi. Amma ermənilər hər dəfə təxribat törədir, dünya onlardan bunun hesabını sormur. Biz isə ermənilərin ərazilərimizdən getməsi üçün şərait yaratdıqca, onlar qudururlar. Mənə elə gəlir ki, ermənilərin nazıyla çox oynadıq, daha bəsdir”. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də