Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya hərbçiləri daha 475 ermənini Xankəndinə qaytardı -Bəs azərbaycanlılar?..

Rusiya MN və KİV 1991-ci ildən adı rəsmən Xankəndi adlandırılan şəhərimizi yenə də terrorçu Stepan Şaumyanın adıyla “Stepanakert” kimi təqdim edir... 




Rusiya sülhməramlıları Xankəndi şəhər sakini olduğu iddia edilən daha 475 erməninin bu Azərbaycan şəhərinə  qaytarılmasını təmin edib. 

Bu haqda  Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“19 avtobusdan ibarət konvoyla 475 nəfər  Stepanakertə qayıdıb. Konvoy Rusiya sülhməramlı kontingentinin və hərbi polis patrullarının müşayiəti ilə İrəvan – Stepanakert marşrutu ilə irəliləyərək Stepanakertin əsas meydanına gəldi. Rus hərbçiləri təmas xəttindən avtobusların təhlükəsiz keçməsini təmin ediblər”- məlumatda belə deyilir. 

Xatırladaq ki,  bundan öncə şənbə günü - noyabrın 14-də sülhməramlılar tərəfindən  Xankəndinə 250 erməninin olduğu  ilk 9 avtobus müşayiət olunub.

Təkrar xatırlatma: 

Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi  və Rusiya mediası yenə də Azərbaycan Respublikasının hüquqi-tarixi şəhəri olan və 1991-ci ildən adı rəsmən dəyişdirilən Xankəndini rəsmi məlumatlarda qaniçən terrorçu Stepan Şaumyanın adıyla  “Stepanakert” kimi təqdim edir. Son günlər Rusiya mediasında digər toponimlərimizlə bağlı da eyni vəziyyətə dəfələrlə rast gəlinir. Bu, ciddi məsələdir. Bunu rəsmən onlara anlatmaq gərəkdir...

P.S. Onu  da xatırladaq ki, 10 noyabr anlaşmasına əsasən azərbaycanlılar da 1988-1994-cü illərdə erməni silahlı birləşmələri tərəfindən qovulduqları  şəhər, qəsəbə və kəndlərə qaytarılmalıdır...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də